Misir Mərdanov əmr imzaladı
11 fevral 2011 16:34 (UTC +04:00)

Misir Mərdanov əmr imzaladı

Nazirlikdən Lent.az-a verilən məlumata görə, əmrə müvafiq olaraq Xocalı soyqırımının 19-cu ildönümü bütün təhsil müəssisələrində qeyd olunmalıdır. Bununla əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı təsdiqlənib.

Əmrə əsasən, Naxçıvan MR təhsil naziri, şəhər, rayon təhsil idarələrinin, şöbələrinin müdirləri, ali, orta ixtisas, ilk peşə-ixtisas təhsili müəssisələrinin rəhbərləri tədbirlər planının icrasını təmin etməlidirlər. Onlar görülmüş işlər haqqında 5 gün müddətində nazirliyə məlumat verməlidir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1129

Oxşar yazılar