2,5 milyon tələbə-məzun haqqında məlumat toplanıb
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən yaradılan “Tələbə-məzun” dövlət elektron məlumat sistemində 2,5 milyon tələbə-məzun haqqında məlumat toplanıb.
Lent.az-ın məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə fevralın 10-da bir qrup jurnalistlə görüşündə belə deyib. Onun sözlərinə görə, məlumat bazasında tələbə-məzunların ali məktəblərə qəbul prosesində iştirak etdiyi il, topladıqları ballar, daxil olduqları təhsil müəssisəsi və digər vacib informasiyalar toplanıb.
Məleykə Abbaszadə deyib ki, 2010-cu ildən bu məlumatlar yenilənir. Belə ki, tələbə və məzunların ali məktəbi bitirib-bitirmədiyi, akademik müvəffəqiyyətləri, ixtisas dəyişmələri, təhsildə fasilələr, tələbələr sırasından xaric edilmə və ya bərpalar, təkrar ali təhsil və ya orta ixtisas təhsili alan şəxslər haqqında məlumatlar, köçürülmələr, hətta diplom əmrləri və diplom haqqında məlumatlar bazada görünür.
TQDK sədri deyib ki, bu ildən etibarən bütün universitetlər tələbə-məzun elektron məlumat bazasına məlumatlar verməlidirlər. Onun sözlərinin sözlərinə görə, bu sistemə 14 dövlət təşkilatı qoşulur: “Həmçinin Maliyyə Nazirliyi. Çünki dövlət sifarişi əsasında ali və orta ixtisas məktəblərinə qəbul olan tələbələrin maliyyə məsələlərinin həlli ilə birbaşa Maliyyə Nazirliyi məşğul olur”.
Məleykə Abbaszadə bildirib ki, “Tələbə-məzun” dövlət elektron məlumat sisteminin ikinci mərhələsində universitetlər tələbələrin aldıqları qiymətləri də bazaya daxil etməlidir. Bu isə tələbələrin qəbul imtahanlarında topladığı ballar və ali məktəbdə semestr imtahanlarındakı qiymətləri müqayisə etmək üçün geniş imkan yaradacaq.
Xatırladaq ki, “Tələbə-məzun” dövlət elektron məlumat sistemi prezident İlham Əliyevin 2010-cu il 23 fevral tarixli fərmanı ilə təsdiq edilmiş əsasnamə ilə yaradılıb. Əsasnaməyə görə, sistemə Azərbaycanda fəaliyyət göstərən bütün ali və orta ixtisas təhsili müəssisələrinin qoşulması məcburidir.
Elxan SALAHOV

1274