Nuşirəvan Məhərrəmli: “Həyəcan təbili çalırıq”
Milli Televiziya və Radio Şurasının (MTRŞ) Azərbaycanın teleradio məkanında mövcud vəziyyətlə bağlı ölkə prezidentinə ünvanladığı müraciətlə əlaqədar araşdırma aparılır.
Bu barədə APA-ya MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib. Onun sözlərinə görə, müraciətdən sonra telekanallarda milli-mənəvi dəyərlərlə bağlı ab-hava dəyişsə də, hələ də real nəticələr yoxdur: “Məktubda mövcud durumla bağlı narahatlığımızı bildirmişik. Hazırda mövcud olan mənfi tendensiyanın qarşısını almaq üçün belə müraciət etmişik. Bu tendensiya artan sürətlə gedərsə, gələcəkdə ciddi fəsadlar doğura bilər. Özəl kanallarda kütlə üçün aşağı səviyyəli verilişlərin efirə verilməsinin gələcəkdə yaxşı nəticələr verməyəcəyi ilə bağlı indidən həyəcan təbili çalırıq. Hesab edirəm ki, prezidentə ünvanladığımız müraciətin müəyyən nəticəsi olacaq”.
N. Məhərrəmli xatırladıb ki, müraciətin əsas bəndləri qanunla MTRŞ-ya verilən səlahiyyətlərlə bağlıdır: “Biz telekanalların yaradıcılıq işlərinə qarışa bilmirik. Ancaq müəyyən qədər ciddi məsələlərdə, ictimaiyyətin haqlı narazılığına və müzakirələrə səbəb olan verilişlərlə bağlı müəyyən səlahiyyətlər verilməsini istəmişik. Çünki bu, ictimaiyyətdən gələn təklifdir. İstəmişik bununla bağlı müəyyən qayda-qanun yaradılsın. Milli-mənəvi dəyərlərlə bağlı məsələləri özbaşına buraxmaq olmaz. Telekanallar bu sahədə üzərlərinə düşən işi görsəydi, biz məsələni bu səviyyəyə çıxarmazdıq”.

708