Dövlət Komitəsinin 8 əməkdaşı işdən çıxarılıb
11 fevral 2011 13:17 (UTC +04:00)

Dövlət Komitəsinin 8 əməkdaşı işdən çıxarılıb

Lent.az-ın verdiyi məlumata görə, bunu Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov söyləyib. Ramiz Həsənov Dövlət Komitəsinin korrupsiya və rüşvətxorluq halları ilə mübarizəsindən danışarkən sertifikatlaşdırma məsələsinə toxunub: “Sertifikat almaq üçün dövlət rüsumunun məbləği 20 manatdır. Bundan əlavə, laboratoriya xərcləri var. Bəzən 20 manat əvəzinə 50 manat verilir. Bunun da yalnız 20 manatı dövlət büdcəsinə köçürülür. Qalan vəsait də rüşvət sayıla bilər. Biz bu kimi hallara qarşı mübarizə aparmaq üçün hökumətə təklif vermişik”.


Ramiz Həsənov deyib ki, təklif sertifikatlaşma işində təsərrüfat hesabına keçilməsini nəzərdə tutur: “Çünki Dövlət Komitəsinin sertifikatlaşdırma işində çalışan əməkdaşları 180 manat əməkhaqqı alırlar. Sertifikatlaşdırmadan daxil olan vəsait hesabına bu işçilərin əmək haqlarının artırılması yaxşı olardı”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 698

Oxşar yazılar