Ramiz Həsənov ictimaiyyəti keyfiyyətsiz məhsullarla mübarizəyə çağırdı
Lent.az-ın verdiyi məlumata görə, bunu Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov söyləyib. Ramiz Həsənov bildirib ki, keçən il çörək istehsalı ilə bağlı 124 dövlət nəzarəti aparılıb. Nəticədə 10 iradnamə, 10 tələbnamə verilib, 10 inzibati xəta haqqında protokol tətbiq edilib.
Dövlət Komitəsinin sədri 2010-cu ildə şirniyyat istehsalı ilə bağlı isə 65 dövlət nəzarət tədbirləri həyata keçirildiyini söyləyib: “Bunun nəticəsində 23 iradnamə, 23 tələbnamə və 23 inzibati xəta haqqında protokol verilib”.
Ramiz Həsənov keyfiyyətsiz çörək və şirniyyat məhsullarının istehsalının qarşısının alınması üçün ictimaiyyəti də köməyə çağırıb: “Tək dövlət orqanlarının köməyi ilə bunun qarşısının alınması mümkünsüzdür. Dövlət Komitəsində qaynar xətt yaradılıb. Məsələn, dünən Biləcəridən bir müharibə veteranı zəng açdı, mənə bir sexdə keyfiyyətsiz çörək istehsal olunduğunu söylədi. Dərhal ora əməkdaşlarımızı göndərdik. Fakt təsdiqini tapdı və həmin sexdə çörək istehsalı dayandırıldı”.

622