Mübariz İbrahimova həsr edilən müsabiqənin qalibləri mükafatlandırıldı
“Kaspi” qəzetinin Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr etdiyi müsabiqə başa çatıb və bu gün nəticələr elan olunub. Lent.az-ın məlumatına görə, qaliblərin mükafatlandırılması mərasimində “Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli bildirib ki, əvvəlcədən müəyyən edilmiş şərtlərə əsasən, müsabiqəyə yalnız vətənpərvərlik mövzusunda yazılan və KİV-lərdə dərc olunmuş hekayə, povest, şeir və publisistik məqalələr qəbul edilib. Müsabiqəyə ümumilikdə 86 əsər təqdim olunub və onlardan 3-ü şərtlərə uyğun gəlmədiyindən müsabiqədən çıxarılıb.
Müsabiqənin 3 qalibi müəyyənləşdirilib (birinci yer – 1000 manat, ikinci yer - 500 manat, üçüncü yer – 300 manat). Bundan əlavə, hər biri 200 manat olmaqla 5 həvəsləndirici mükafat da verilib. Natiq Məmmədli deyib ki, müsabiqəyə təqdim olunan əsərlərin rəngarəngliyini və çoxluğunu nəzərə alan münsiflər heyəti hər biri 200 manat olmaqla 5 xüsusi mükafatın da verilməsini qərara alıblar.
Müsabiqədə ilk üç yer üzrə qalib gələn yazılar bunlardır:
Hafiz Mirzənin "Olaylar" qəzetində dərc olunan “Qeyrət” hekayəsi;
Zəkurə Quliyevanın “Qarabağ” qəzetində çıxan “Ermənilərə tarix dərsi” məqaləsi;
Valeh Məhərrəmlinin “Şərq” qəzetində dərc olunan “Hünər” poeması.
Xüsusi mükafat alanlar:
Oqtay Qorçu “Torpaq üstə, yarpaq üstə, göz üstə” hekayəsi (“Mediaforum” saytı);
İmdad Məmmədli “Qarabağ havaları” şeir (İctimai televiziya);
Mustafa Kəmərli “Mübariz” povesti;
Yusif Kərimov “Təmas xəttində məktublar” (“İki sahil” qəzeti) ;
Rahilə Elçin “Milli qəhrəmanın vətən qüruru”.
Həvəsləndiri mükafat alanlar:
Nigar Vaqifqızı, “Soruşma vətən sənin üçün nə edib” məqaləsi (“Azadlıq” qəzeti);
Balayar Sadıq, “Hünər simfoniyası” poeması (“Paritet” qəzeti);
Fərid Hüseyn, “Müqəddəs adam haqqında yeddi tezis” məqaləsi ("kitabxana.net" saytı);
Rizvan Nəsiboğlu, “Təpədən dırnağa qədər Vətəndir, Vətən” şeiri (“Bütöv Azərbaycan” qəzeti);
Mirdamət Əziz, “Gedək Mübarizin arxasınca biz” şeiri (“Ədalət” qəzeti).
Fəxri fərman:
Aygül Rəhim, “Azadlıq” hekayəsi (Bakı məktəb liseyi).
Qaliblərin mükafatlandırılması mərasimində "Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərli çıxış edərək Mübariz İbrahimovun döyüş şücaətindən danışıblar. Çıxışçılar Milli Qəhrəmanın keçdiyi həyat yolunun Azərbaycan gəncləri üçün örnək olmasını xüsusi qeyd ediblər.
Elxan SALAHOV

1207