Moldova Azərbaycanlıları Konqresinin sədri “Vətən övladı” ordeni ilə təltif olunub
“Dədə Qorqud” Fondu və “Azərbaycan Dünyası” Beynəlxalq jurnalı Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzovu “Vətən övladı” ordeni ilə təltif ediblər. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, təltifetmə mərasimi bu gün Moldovanın paytaxtı Kişinyov şəhərində “Moldexpo”nun “Casa vinului” sərgi salonunda keçirilib.
Ordeni Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzova təqdim etmək üçün “Dədə Qorqud” Fondunun Ağsaqqallar Şurasının sədri Rəhim Sultanov və “Azərbaycan Dünyası” Beynəlxalq jurnalının (“Mir Azerbaydjana”) baş redaktoru Eldar İsmayılov Kişinyovda olublar.
Eldar İsmayılov Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzovun bu ordenə xeyriyyəçilik fəaliyyətinə, dostluq münasibətlərinin, əməkdaşlığın, milli mədəniyyətlərin yaxınlaşması və qarşılıqlı bəhrələnməsinə verdiyi əhəmiyyətli töhfə, eləcə də məhsuldar ictimai fəaliyyətinə görə layiq görülüb.
Vüqar Novruzov onun fəaliyyətinə bu cür yüksək qiymət verilməsindən şərəf duyduğunu bildirib: “Mənim və Konqresin fəaliyyətinə bu cür yüksək qiymət verilməsi mənim üçün böyük şərəf, Azərbaycan və Moldova xalqlarının maraqları naminə yorulmadan xidmət etmək işində daha böyük nailiyyətlərin əldə edilməsi üçün ciddi stimuldur.
“Dədə Qorqud” Fondu və “Azərbaycan Dünyası” Beynəlxalq jurnalı Moldova Elmlər Akademiyası Universitetinin rektoru, genetika və molekulyar biologiya sahəsində tanınmış alim, professor, Moldova Elmlər Akademiyasının müxbir üzvü, doktor Habilitat Mariya Vasilyevna Duku da ordenlə təltif edib. Mariya Vasilyevna Duka Moldova ilə Azərbaycan arasında dostluğun və əməkdaşlığın möhkəmləndirilməsinə və inkişaf etdirilməsinə, Moldovanın elmi-tədris potensialının gücləndirilməsinə, milli təhsilin nüfuzunun yüksəlməsinə verdiyi töhfəyə və çoxillik humanitar və xeyriyyəçilik fəaliyyətinə görə “Mehriban ana” ordeni təqdim olunub.

702