“Yaxın vaxtlarda jurnalistlər üçün nəzərdə tutulan binaların tikintisinə başlanacaq”
APA-nın xəbərinə görə, bunu Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov bildirib.
Şura sədri jurnalistlərin sosial, o cümlədən mənzil problemləri ilə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun məşğul olduğunu xatırladaraq, MŞ-nin də bu prosesi yaxından izlədiyini açıqlayıb: “Mənə elə gəlir ki, yaxın vaxtlarda binaların tikintisinə başlanacaq”.
Ə. Amaşov jurnalistlərə press-kartların verilməsi barədə danışaraq deyib ki, kartlar mətbuat vasitəsində müqavilə ilə çalışan, həqiqətən həmin KİV-in əməkdaşı olan şəxslərə verilir: “Belə olan halda Mətbuat Şurası KİV-in təqdimatı ilə jurnalistə press-kart verir. İl ərzində təxminən 200-250 jurnalist üçün bu cür press-kartlar verilib”.

648