Azərbaycan “qənaətcil” elektrik lampalarına keçir
Lent.az-ın Nazirlər Kabinetindən əldə etdiyi məlumata görə, hazırda bununla bağlı hökumətə bir neçə təklif daxil olub. Bu il ərzində həmin təkliflərin baxılıb bəyənilməsi və “qənaətcil” lampalara keçidlə bağlı müvafiq qərarın qəbulu gözlənilir.
Hökumətdə hesab edirlər ki, artıq ənənəvi elektrik lampalarından istifadənin məhdudlaşdırılması vaxtı yetişib. Bununla bağlı olaraq “Azərenerji” ASC-nin Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu tərəfindən də bir sıra araşdırmalar aparılıb. Bir çox Avropa dövlətləri, o cümlədən qonşu Türkiyə və Gürcüstan artıq bu sahədə müəyyən təcrübə əldə edib. Azərbaycanda da artıq fərdi qaydada vətəndaşlar öz mənzillərində və obyektlərində bu tip lampaların tətbiqinə üstünlük verməyə başlayıb.
Hesablamalara görə, Azərbaycanda yeni lampalara keçid enerji sərfiyyatını 35%-ə yaxın azaldacaq.

598