Yay vaxtının ləğvi müzakirə olunmur
09 fevral 2011 15:49 (UTC +04:00)

Yay vaxtının ləğvi müzakirə olunmur

“Azərbaycan ərazisində yay vaxtının tətbiq edilməsi ilə bağlı qərarın ləğvi istiqamətində hər hansı müzakirələr aparılmır. Bu qərar qüvvədədir. Qərarın ləğvi ilə bağlı Nazirlər Kabinetinə hər hansı təklif verilməyib”.


Bu barədə APA-ya Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı Rusiya prezidenti Dmitri Medvedevin ölkəsində qış və yay vaxtına keçidin ləğv olunması ilə bağlı dünən verdiyi qərara münasibət bildirərkən deyib. Onun sözlərinə görə, ölkə ərazisində yay vaxtının tətbiq edilməsi Azərbaycan Nazirlər Kabinetinin (NK) 1997-ci il 17 mart tarixli 21 nömrəli qərarı əsasında tənzimlənir. Qərara görə, 1997-ci ildən başlayaraq, hər il mart ayının son bazar günü saat 04.00-da əqrəblərin bir saat qabağa çəkilməsi ilə Azərbaycan ərazisində yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü saat 05.00-da əqrəblərin bir saat geri çəkilməsi ilə isə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarət Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinə tapşırılıb.


F. Talıblı deyib ki, yay vaxtının tətbiqi enerjiyə, təbii qaza qənaət və gün işığından maksimum istifadə baxımından əlverişlidir: “Rusiya ilə yanaşı, Gürcüstan, Çin, Estoniya kimi ölkələr də yay vaxtından imtina edib. Lakin dünyanın 100-ə qədər ölkəsində bu qərar tətbiq olunur”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 527

Oxşar yazılar