12 çöl heyvanı azad edilib
12 sentyabr 2009 17:00 (UTC +04:00)

12 çöl heyvanı azad edilib

İaşə müəssisələrindən gətirilmiş heyvanlar reabilitasiya keçdikdən sonra sərbəst buraxılıb


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, reabilitasiyadan sonra sərbəst buraxılan heyvanların ümumi sayı 12 olub. Belə ki, 4 qartal, 2 soltan toyuğu, 2 hacıleylək, 1 dovşan və 1 canavar tam reabilitasiya keçərək Altıağac, 1 qutan və 1 ceyran isə yaşama arealına uyğun olaraq Ağgöl Milli Parkının ərazilərində vəhşi təbiətə qovuşub.

Nazirlikdə bildirirlər ki, bu ilin müxtəlif dövrlərində keçirilən reydlər zamanı iaşə müəssisələrində qanunsuz olaraq saxlanılan 2 ceyran, 2 canavar, 4 dovşan, 1 ayı klinikaya təhvil verilib. Həmin heyvanların arasında adları “Qırmızı Kitab”a daxil edilmiş müxtəlif növ vəhşi quşlar da olub. İndi isə heyvanlar reabilitasiya mərhələsini keçdikdən sonra uğun ərazilərə buraxılıb.

Xatırladaq ki, 2008-ci ildə isə Altıağac Milli Parkı nəzdində Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiyası Klinikasına 1 çaqqal, 1 tülkü, 1 maral, 1 ceyran, 1 ayı, 2 cüyür, 3 canavar, 4 dovşan, 1 şahin, 1 aralıqdəniz qartalı, 1 qırqovul, 1 leşyeyən, 1 qartal, 1 ağbaş kərkəs, 1 qu quşu, 2 bildirçin və 2 tüklüayaq sar gətirilmişdi. Həmin heyvanlar da reabilitasiya keçdikdən sonra ictimaiyyətin və KİV nümayəndələrinin iştirakı ilə sərbəst buraxılıb.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 602

Oxşar yazılar