Axşam yağış yağacaq
10 fevral 2011 08:00 (UTC +04:00)

Axşam yağış yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, fevralın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı, axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində az yağış yağacağı ehtimalı var.

Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 5-8 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, fevralın 10-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, lakin axşama doğru şimal və şərq rayonlarından başlayaraq yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 0-4 dərəcə isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 626

Oxşar yazılar