Yanvarda əhaliyə 411,0 milyon manatlıq pullu xidmət göstərilib
09 fevral 2011 11:07 (UTC +04:00)

Yanvarda əhaliyə 411,0 milyon manatlıq pullu xidmət göstərilib

Dövlət Statistika Komitəsindən Lent.az-a bildiriblər ki, dövriyyənin 14,3 faizi hüquqi şəxslərin, 45,4 faizi hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların, 40,3 faizi yarmarka və bazarlarda fəaliyyət göstərən fiziki şəxslərin hesabına formalaşıb. Yanvar ayında ölkə sakinləri ticarət şəbəkəsindən 812,9 milyon manatlıq ərzaq məhsulları, 411,2 milyon manatlıq qeyri-ərzaq malları alıblar.

Ötən ay əhaliyə göstərilən pullu xidmətlərin həcminə gəlincə, bu, 2010-cu ilin yanvarındakından 10,3 faiz çox olub. Belə ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, yanvar ayında əhaliyə 411,0 milyon manatlıq pullu xidmətlər göstərilib. Xidmətlərin 79,0 faizi hüquqi, 21,0 faizi fiziki şəxslərin payına düşüb.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 567

Oxşar yazılar