“Mətbəx verilişləri sağlamlığımız üçün zərərlidir”
Mədəniyyət və Turizm Nazirliyinin Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyası kanallarda yayımlanan mətbəx verilişlərinə etiraz edərək, birgə bəyanat yayıb. Lent.az-ın məlumatına görə, bəyanatda Azərbaycan teleməkanındakı əksər mətbəx verilişlərinin milli mətbəx təfəkkürümüzə, sağlamlığımıza, kulinariya mədəniyyətimizə zərər verdiyi deyilir: “Mətbəx verilişləri yalnız efiri doldurmaq naminə başdansovdu aparılır. Aparıcıların danışıq tərzləri onu göstərir ki, onlar mətbəx haqqında ya heç nə bilmirlər, ya da bayağı bilgilərə malikdirlər. Verilişlərdə aşbazlar çox vaxt fon rolunu oynayır, ön planda isə gündəmdə qalmaq həvəsində olan müğənnilər göstərilir. Normal qaydalara görə, millətimizə dərs verən, nəyisə öyrədən aşbazlar, baza peşə təhsilinə, usta dərəcəsinə, ya da ən azından altıncı peşə dərəcəsinə malik olmalıdırlar. Azərbaycan telekanallarında isə çox vaxt əksinə, savadsız, heç yerdə təhsil almamış insanlar aşbaz, qənnadçı kimi təqdim edilir. Bəzi kanallar isə özləri savadsız adamlar arasından kumir, mütəxəssis yaradır, sonra onların vasitəsilə müxtəlif qida məhsullarını, restoranları reklam edir”.
Bəyanatda diqqətə çatdırılır ki, dünyada iki təhsil, həkim və aşbazların təhsili yalnız əyanidir. Aşbaz köməkçisi, yəni ilk pillə üçün təhsil ən azı 3 ildir. Bundan sonra aşbazlar 3, 4, 5, 6-cı dərəcələrə sahib olmaq üçün illərlə təcrübə keçir, təhsil alırlar. Usta dərəcəsinə isə yalnız ən kamilləri sahib olur.
AMKM və AMKA bəyan edir ki, teleməkanlarda göstərilən bayağı kulinariya verilişlərinin heç biri ilə bu qurumların bir əlaqəsi yoxdur. Bu verilişlər əhalinin kulinariya mədəniyyətinə, sağlamlığına, kulinariya bilgilərinə zərərlidir: “Belə aşbazların televerilişlərdə təbliğ olunması və işə qəbul olunması dövlət büdcəsindən kulinarların təhsilinə ayrılan külli miqdarda büdcə vəsaitinin istifadəsini səmərəsiz edir, bu sahə insanlarının savada, təhsilə olan maraqlarını öldürür. Əgər təhsilsiz bu sahədə işləmək mümkündürsə, onda 3 -5 il təhsil almağa nəyə görə zaman və vəsait sərf edilməlidir”.

986