Magistraturaya sənəd qəbulunun yekun nəticələri bəllidir
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) 2011/2012-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura pilləsinə sənəd qəbulunun yekun nəticələrini açıqlayıb. TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Lent.az-a bildirib ki, son statistikaya əsasən, bu il magistraturaya 16510 bakalavr sənəd verib. Onun sözlərinə görə, magistraturaya ərizələrin emalı prosesi artıq başa çatıb.
TQDK rəsmisi deyib ki, 2011/2012-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsi fevralın 20-də keçiriləcək. Onun sözlərinə görə, sənəd qəbulunda iştirak etmiş bakalavrlara “İmtahana buraxılış vərəqəsi”ni imtahandan 3 gün əvvəl götürə biləcəklər. “İmtahana buraxılış vərəqəsi”nin fevralın 17-dən etibarən verilməsinə başlanacaq.
Elxan SALAHOV

1221