“Peşə təhsili haqqında” qanun hazırlanır
08 fevral 2011 14:14 (UTC +04:00)

“Peşə təhsili haqqında” qanun hazırlanır

Təhsil Nazirliyi “Peşə təhsili haqqında” qanun layihəsi hazırlamağa başlayıb.

Lent.az-ın məlumatına görə, təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında belə deyib. O qeyd edib ki, qanun layihəsinin hazırlanması prosesində işəgötürən və sahibkarlarla sıx əlaqədə olan ictimai təşkilatların, mütəxəssislərin də iştirakı təmin olunacaq.

Nazir deyib ki, ölkədə texniki peşə təhsilinin inkişafdan geri qalmasının səbəblərindən biri də bu sahədəki qanunvericiliyin təkmil olmamasıdır. Onun sözlərinə görə, indiyədək ölkə qanunvericiliyində müvafiq dəyişikliklərin aparılmaması ilə yanaşı texniki təhsil müəssisələrinin müasir avadanlıqlarının olmaması, maddi-texniki bazanın zəifliyi də təhsilin bu istiqamətinin inkişafını əngəlləyir.

“Yeni hazırlanacaq qanun layihəsində bu məsələlərin hamısı əksini tapacaq. Həmçinin biz texniki peşə təhsili sahəsinə vəsaitlərin ayrılması mexanizmlərini də təkmilləşdirmək niyyətindəyik. Düşünürəm ki, belə bir qanunun qəbul olunması texniki peşə təhsili müəssisələri üçün də, vətəndaşlarımız və ölkəmiz üçün də yaxşı nəticələrə yol açacaq” – deyə, Misir Mərdanov əlavə edib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 985

Oxşar yazılar