55 peşə məktəbində qaçqın və məcburi köçkünlər məskunlaşıb
Lent.az-ın məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, texniki peşə təhsili müəssisələrinin texniki təchizat və maliyyə imkanları olduqca məhduddur. Həmçinin, mövcud olan texniki peşə təhsili müəssisələrinin 24-ü yararsız vəziyyətdədir, 78-in isə təmirə ehtiyacı var. Nazir onu da bildirib ki, texniki peşə təhsili sahəsində ən ciddi problemlərdən biri də məzunların işlə təmin olunması ilə bağlıdır. Onun sözlərinə görə, peşə təhsili müəssisələrini bitirmiş 10 min məzundan cəmi 4 mini işlə təmin olunub. 4 min məzun isə hərbi xidmətə yollanıb.
Bununla belə, M.Mərdanovun fikrincə, texniki peşə təhsili müəssisələrini bitirmiş məzunların işlə təminatı ali məktəbləri başa vuranlarla müqayisədə bir qədər üstündür. Nazir bildirib ki, bu il texniki peşə məktəbini 10 min 602 nəfər bitirib. Onlardan 3 min 607-si işlə təmin olunub, 135 məzun isə təhsilini davam etdirir.

596