Peşə məktəblərinin bəzilərinin ərazisi zəbt olunub
Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov bildirib. Onun sözlərinə görə, Azərbaycanda texniki peşə təhsilinin inkişafı üçün imkanlar məhduddur. Belə ki, həmin texniki peşə məktəblərinin texniki təminatı, maliyyə resursları və iqtisadi imkanları müasir səviyyədə inkişafına maneə törədir: “Məzunların işlə təmin olunmasında, ciddi problemlər var. Son 30 ildə peşə təhsili ilə ağlı heç bir dərslik çap olunmayıb, Avropa İttifaqının maliyyələşdirdiyi bir layihə çərçivəsində yalnız 9 vəsait hazırlanıb”.
M.Mərdanov bildirib ki, Azərbaycanda peşə təhsilinin inkişafı hökumətin müvafiq icra strukturlarını da narahat edir. Bununla belə lazım olan resurslar hələ də kifayət etmir.
Elxan SALAHOV
M.Mərdanov bildirib ki, Azərbaycanda peşə təhsilinin inkişafı hökumətin müvafiq icra strukturlarını da narahat edir. Bununla belə lazım olan resurslar hələ də kifayət etmir.
Elxan SALAHOV
706