Magistraturaya 16496 sənəd verilib
07 fevral 2011 18:41 (UTC +04:00)

Magistraturaya 16496 sənəd verilib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) 2011/2012-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura pilləsinə sənəd qəbulunun ilkin nəticələrini açıqlayıb. TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Lent.az-a bildirib ki, ilkin məlumata əsasən, bu il magistraturaya 16496 bakalavr sənəd verib. Hazırda ərizələrin emalı prosesi davam edir və yekun statistik məlumatlar sabah günün birinci yarısında elan ediləcək.


Elnur Nağızadə deyib ki, magistraturaya ərizələrin qəbulu təsdiqi üçün müəyyən edilmiş vaxt fevralın 7-də saat 17.00-da yekunlaşıb. Onun sözlərinə görə, magistraturaya sənəd verənlərin dəqiq sayı ərizələrin emalı prosesi başa çatdıqdan sonra bəlli olacaq: “Hazırkı statistik rəqəmlər dəyişə bilər. Çünki bəzi bakalavrların qaydaları pozaraq, sənəd qəbulunda iştirak etməsi halları da olur”.


TQDK rəsmisi bir neçə gün əvvəl buna oxşar faktın qeydə alındığını deyib. Belə ki, hazırda magistraturada təhsil alanlardan biri yenidən sənədlərini verib və ərizə təsdiq olunub. Lakin sonradan sənədlərin emalı zamanı həmin şəxsin magistraturada təhsil aldığı məlum olub və dərhal onun ərizəsi ləğv edilib.


Xatırladaq ki, 2011/2012-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına ərizələrin qəbulu yanvarın 25-dən başlayıb. Birinci mərhələ üzrə qəbul imtahanı fevralın 20-də keçiriləcək.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 664

Oxşar yazılar