Müdafiə Sənayesi Nazirliyində iclas keçirilib
07 fevral 2011 17:49 (UTC +04:00)

Müdafiə Sənayesi Nazirliyində iclas keçirilib

Bu gün Müdafiə Sənayesi Nazirliyində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə yanvarın 27-də Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın keçirdiyi iclasda verilmiş tapşırıqlardan irəli gələn vəzifələr nazirliyin struktur bölmə, birlik, müəssisə və idarə rəhbərlərinin iştirakı ilə geniş şəkildə müzakirə edilib.


Lent.az-ın Müdafiə Sənayesi Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, müdafiə sənayesi naziri Yavər Camalov deyib ki, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın müddəaları və Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrası Müdafiə Sənayesi Nazirliyi tərəfindən daima nəzarətdə saxlanılır.


Nazirlikdə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlərə, ərizə və şikayətlərə baxılması işinin təkmilləşdirilməsi istiqamətində korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması üzrə tədbirlər planında nəzərdə tutulan işlərin həyata keçirilməsi, hüquqpozma törədən əməkdaşların müəyyən edilərək cəzalandırılması üçün daxili nəzarət gücləndirilib və qabaqlayıcı tədbirlər görülüb. Nazirliyin aparatında, eləcə də tabeli birlik və müəssisələrdə mütəmadi olaraq korrupsiyanın mahiyyəti, səbəbləri və onun doğurduğu təhlükələr haqqında maarifləndirmə işi həyata keçirilib, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciət, ərizə və şikayətlərə baxılmış, yerində araşdırma aparılıb və müvafiq qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.


Geniş müzakirələr zamanı nazir Yavər Camalov korrupsiya doğura biləcək məqamlara diqqət yetirməyin vacib olduğunu vurğulayıb və bu məsələlərə hər bir işçinin ciddi yanaşmalı olduğunu söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 490

Oxşar yazılar