Magistraturaya sənəd qəbulu başa çatdı
07 fevral 2011 17:45 (UTC +04:00)

Magistraturaya sənəd qəbulu başa çatdı

2011/2012-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına ərizələrin qəbulu fevralın 7-də başa çatır.


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Lent.az-a bildirib ki, ərizələrin təsdiqi üçün müəyyən edilmiş vaxt saat 17.00-da yekunlaşıb. Lakin Sənəd Qəbulu Komissiyalarından yekun hesabatlar hələ TQDK-ya daxil olmadığından magistraturaya sənəd verənlərin sayı yaxın saatlarda bəlli olacaq.


Xatırladaq ki, 2011/2012-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına ərizələrin qəbulu yanvarın 25-dən başlayıb və bu günədək (bazar günü istisna olmaqla) davam edib. Ötən il ali məktəblərin magistratura pilləsinə 15353 bakalavr (2009-cu ildə 15 179) ərizə vermişdi. Mayın 2-də keçirilən birinci mərhələ üzrə imtahandan uğur qazanan 6863 bakalavr ikinci mərhələyə buraxılmışdı. Ötən il magistraturaya qəbul planı isə 5242 olub.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 710

Oxşar yazılar