Ceyranlar izlənir
Pirəkəşkül qəsəbəsi yaxınlığındakı Qobustan-Cəngiçay ərazisinə buraxılmış ilk ceyran sürüsünün hərəkətləri barədə gündə bir neçə dəfə peyk vasitəsilə məlumatlar alınır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, məlumatlar ceyranların boyunlarına bağlanmış xüsusi siqnalötürücü xalta vasitəsilə ötürülür. Fevralın 4-ə olan peyk məlumatlarına əsasən, ceyran dəstəsinin I qrupu Güzdək qəsəbəsinin cənub-qərb, II qrupu isə Abşeron rayonunun Pirəkəşkül kəndinin qərb istiqamətində müşahidə olunub. Hərəkət istiqamətlərindən asılı olaraq, ceyranların quru ot və su ilə təminatı həyata keçirilir. Ceyranların olduqları əraziyə dövlət təbiət yasaqlığı statusunun verilməsi məsələsi müəyyən səbəblərdən ləngidiyindən ərazidə mühafizə rejiminin təmin olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşlarından ibarət qrup yaradılmış və gündəlik olaraq fəaliyyətini davam etdirir.
Ərazidə fəaliyyət göstərən fermer və çobanlardan reintroduksiya olunan ceyranların həyatı üçün təhlükə törədə biləcək hər hansı fəaliyyətdən çəkinmələrinə dair iltizamlar alınıb, ərazidə maarifləndirici təbliğat lövhələri vurulub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi çərçivəsində ceyranların tarixi ərazilərində məskunlaşdırılması işi bu ildə davam etdiriləcək.

1030