Ağlamayın...
“Vətənin dar günündə artıq ürəyim dözmür, şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm, şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Vətən sağ olsun...”
Bu, Azərbaycanın Milli Qəhrəmanı, 2010-cu il iyunun 19-da Tərtərin Çaylı kəndi istiqamətində işğalçı Ermənistan Ordusunun çoxlu sayda zabit və əsgərini düşmənlə təkbətək döyüşdə məhv edən, sona qədər döyüşərək şəhid olan, mübarizə simvoluna çevrilən Mübariz İbrahimovun ölümündən əvvəl yazdığı vida məktubudur. Hər misrasına ürəyindəki Vətən yanğısı, işğalçılara qarşı nifrət hopan Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində, qarlı-şaxtalı gündə dünyaya göz açıb. 2005-ci ildə orta məktəbi bitirəndən sonra hərbi xidmətə yollanıb. Daxili Qoşunların xüsusi təyinatlı bölüyündə xidmət edib. Hərbi xidmətdə olduğu dövrdə çavuş rütbəsi alıb, 2007-ci ildə hərbi xidmətini başa vursa da, yenə hərbi xidmətə, cəbhəyə qayıtmaq istəyib, ancaq valideynləri onun mülki işlərlə məşğul olmasını, mülki həyata bağlanmasını arzuladıqları üçün bu istəyinə qarşı çıxıblar. Nəhayət, valideynlərini razı salıb, 2009-cu ilin avqustunda hərbi xidmətə yollanıb. Bu dəfə artıq gizir kimi fəaliyyətə başlayıb.
Hərbi xidmətə başladığı gündən cəbhə xəttinə yollanmaq niyyətini bildirib. Nəhayət, 2010-cu ilin aprel ayında Tərtər rayonundakı N saylı hərbi hissəyə göndərilib. Düşmənə sarsıdıcı zərbə vurmaq üçün də çox gözləməyib, iyunun 19-da qəti addım atıb. Həmin gün qəhrəmancasına şəhid olub.
İyulun 22-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Ordusunun şəhid əsgəri, gizir Mübariz İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi və onun xatirəsinin əbədiləşdirilməsi barədə də sərəncam imzalayıb. Nazirlər Kabinetinə Biləsuvar rayonunun orta məktəblərindən birinə Mübariz İbrahimovun adının verilməsini, Biləsuvar Rayon İcra Hakimiyyətinə Biləsuvar rayonunda küçələrdən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etmək tapşırılıb.
Mübariz İbrahimovun qəhrəmanlığından sarsılan erməni işğalçıları bütün beynəlxalq konvensiyaları pozaraq, 5 aya yaxın müxtəlif bəhanələrlə onun nəşini qaytarmaq istəməyiblər. Bu addımlarının qorxularını çılpaqlığı ilə büruzə verdiyi və əslində erməni xalqını xoflandırdığını anlayandan sonra noyabrın 6-da Milli Qəhrəmanımızın nəşi geri qaytarılıb. Azərbaycan xalqı Mübariz İbrahimovla noyabrın 7-də vidalaşıb. Dəfn edildiyi İkinci Fəxri Xiyabandakı məzarı gənclərin and içdiyi məkanlardan birinə çevrilib.
Yaşasa idi, bu gün 23 yaşını tamamlayacaq bir Vətən oğlu intiqam həsrəti ilə cəbhə xəttində işğal altındakı torpaqlarımıza baxacaqdı...

704