Məktəblilərin məlumat bazası yaradılıb
Bazada 1,4 milyondan çox şagird, 200 mindən artıq müəllim haqqında məlumat toplanıb
Təhsilin İdarəolunmasının Məlumat Sistemləri (TİMS) şöbəsinin ötən il yaratdığı informasiya bazası indi respublikanın bütün ümumtəhsil məktəblərini əhatə edir. Hazırda TİMS bazasında 1 milyon 400 mindən çox şagird və 200 mindən çox müəllim və digər işçilər haqqında məlumat yerləşdirilib.
Təhsil Nazirliyindən Lent.az-a bildiriblər ki, bazaya məlumatların daxil olunması məhz məktəblərin (rayon təhsil şöbələrinin) özləri tərəfindən aparılıb və həmin məlumatlar dərs ili ərzində daim yenilənib. Ötən dərs ilində buraxılış sinifləri üçün sınaq və yekun imtahanlar da TİMS bazasının məlumatları əsasında aparılıb. İmtahanların nəticələrinə görə şagirdlərə verilən şəhadətnamə, yaxud attestatların nömrələri məlumat bazasına daxil edilib.
Nazirlikdə bildirirlər ki, yeni dərs ilindən statistik hesabatların proqram təminatı formalaşdırılır. Bu isə hesabatların məlumat bazası şəklində qəbul olunması imkanı yaradıb. Hazırda bazada olan məlumatların yeni dərs ilinə uyğunlaşdırılması, yəni şagirdlərin sinifdən-sinfə keçirilməsi və keçmiş 11-ci sinif şagirdlərinin bazadan silinməsi, habelə məktəbəqədər tədris müəssisələri və ali məktəblər üçün proqram təminatının hazırlanması üzərində iş gedir.
Elxan SALAHOV

922