Fevralın 14-də Azərbaycanda yeni kanal fəaliyyətə başlayacaq
“Mədəniyyət” kanalı fevralın 14-də fəaliyyətə başlayacaq. APA-nın məlumatına görə, bu barədə Mədəniyyət və Turizm Nazirliyində Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) QSC-nin rəhbərliyi ilə keçirilən görüşdə bildirilib.
Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev AzTV-nin nəzdində “Mədəniyyət” kanalının yaradılması münasibəti ilə televiziya kollektivini təbrik edib, daim Azərbaycan Televiziyası ilə əməkdaşlıq edən nazirliyin gələcəkdə də bu əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. Son illər ölkənin mədəni həyatında atılan uğurlu addımlardan danışan nazir deyib ki, ölkə prezidenti təkcə mədəniyyət sahəsini əhatə edən 300-dən artıq sənəd imzalayıb. Əsaslı yenidənqurma işləri və mədəni islahatlar sayəsində Bakı regionun mədəni paytaxtına çevrilib. Ölkə beynəlxalq mədəni arenada layiqli təmsil olunur, həmçinin bir sıra nüfuzlu beynəlxalq müsabiqələrə, festivallara ev sahibliyi edir. Nazir Mədəniyyət kanalının bütün bu proseslərin daha geniş formada işıqlandırılmasına və təbliğinə duyulan ehtiyacı ödəyəcəyinə ümid etdiyini deyib.
AzTV-nin sədri Arif Alışanov isə kanalın əsas məqsədinin Azərbaycan mədəniyyətini dünya mədəniyyətinin tərkib hissəsi kimi təbliğ etmək, ölkədə gedən mədəni islahatlarla yanaşı milli-mənəvi dəyərləri, tarixi memarlıq nümunələrini və turizm potensialını təbliğ etmək olduğunu bildirib: “Mədəniyyət kanalının uğurlu fəaliyyəti üçün Azərbaycan Televiziyasının kifayət qədər təcrübəsi, zəngin fondu, müasir texniki təchizatı və peşəkar kadr potensialı var. Fevralın 14-dən fəaliyyətə başlayacaq yeni kanal həm yerüstü ötürücülər, həm peyk vasitəsi ilə yayımlanacaq”.
Görüşdə yeni yaradılacaq kanalda yayım planlaşdırması, proqram və mövzu müxtəlifliyi, əməkdaşlıq imkanları müzakirə edilib.

638