“Bədbəxt hadisələrin 71,5 faizi zəhərlənmə, 28,5 faizi partlayışla bağlıdır”
Lent.az-ın məlumatına görə, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev fevralın 3-də keçirdiyi mətbuat konfransında açıqlama verib.
Hacıyev bildirib ki, bədbəxt hadisələrdə dəm qazından zəhərlənmələrin 10,6 faizi partlayış, 5,4 faizi isə yanğınla bağlıdır. 2011-ci ilin yanvarında baş verən bədbəxt hadisələrin 71,5 faizi zəhərlənmə, 28,5 faizi partlayışla əlaqədar olub. O deyib ki, dəm qazının yaranmasının əsas səbəbi hamam otaqlarının tüstü bacalarının olmaması və təhlükəsizlik qaydalarının tələblərinə cavab verməməsidir.
Hacıyev onu da vurğulayıb ki, bədbəxt hadisələr baş verən mənzillərdə hamam otaqlarının əksəriyyətində tüstü bacaları yoxdur və ya yararsızdır. Hamam otaqlarında hava dəyişmə kanalları işləmir, otaqların qapıları plastikdir, kip bağlanırlar və təmiz havanın otağa daxil olmasına imkan vermir. Onun sözlərinə görə, dəm qazının yaranmasının səbəblərindən biri də hamam otaqlarında olan təbii qazla işləyən su qızdırıcılarının qeyri-standart olmasıdır.
Elxan Salahov

1173