TQDK-da genişləndirilmiş iclas keçirilib
03 fevral 2011 11:11 (UTC +04:00)

TQDK-da genişləndirilmiş iclas keçirilib

Fevralın 2-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) qurumun bütün struktur bölmələrin rəhbərlərinin iştirakı ilə iclas keçirilib.

Komitənin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yığıncaqda yanvarın 27-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə keçirilən Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın iclasında dövlət və hakimiyyət orqanlarının qarşısına qoyulan məsələlər müzakirə olunub. TQDK sədri Məleykə Abbaszadənin sədrliyi ilə keçirilən iclasda son illər ölkəmizdə korrupsiyaya qarşı genişmiqyaslı işlərin həyata keçirildiyi, bu sahədə mütərəqqi qanunvericilik aktlarının qəbul olunduğu bildirilib. İclasda əhaliyə xidmət göstərən bölmələrə vəzifədən sui-istifadə və korrupsiya hallarına şərait yarada biləcək halların baş verməməsi, bu məqsədlə qabaqlayıcı tədbirlərin görülməsi üçün əlavə tədbirlərin aparılması və nizam-intizamın daha da möhkəmləndirilməsi barədə ciddi tapşırıqlar verilib.

Bundan başqa, iclasda ərizə və şikayətlərlə əlaqədar səmərəli araşdırmaların aparılması, operativ tədbirlərin görülməsi, Komissiyanın internet saytından, digər elektron xidmətlərindən maksimum effektiv istifadə edilməsi, qəbul kampaniyası ilə bağlı əhalinin dolğun məlumatlandırılması istiqamətində konkret tədbirlər müəyyən olunub.

Mətbuat xidmətində bildirirlər ki, iclasda həmçinin TQDK ilə müqavilə əsasında əməkdaşlığa cəlb olunan nəzarətçilərin, imtahan rəhbərlərinin və ekspert müəllimlərin fəaliyyəti barədə geniş müzakirələr aparılıb. Onlarla nəzərdə tutulan seminarların, keçirilən treninqlərin daha ciddi şəkildə aparılması, bu sahədə olan problemlərə, əhali tərəfindən edilən şikayət və narazılıqlara olduqca həssas yanaşılmasının vacibliyi vurğulanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 594

Oxşar yazılar