Pensiyaların 99 faizi plastik kartlar vasitəsilə ödənilir
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) ictimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, hazırda ölkə üzrə pensiyaların 99 faizinin ödənişi plastik kartlarla həyata keçirilir. Bu məqsədlə ümumilikdə 497, o cümlədən kənd və qəsəbələrdə 113 bankomatın istifadəsi təmin edilib.
2010-cu ildə pensiyaların plastik kartlarla ödənişinin kənd yerlərində yaşayan pensiyaçıları əhatə etməsi tədbirləri gücləndirilib və kəndlərdə vətəndaşların öz xahişləri əsasında (istənilən bankomatdan alma şərtilə) pensiyaların plastik kartlarla ödənişinin təmin olunması istiqamətində mühüm addımlar atılıb. Nəticədə il ərzində kəndlərdə pensiyaları plastik kartla alanların sayı 10 363 nəfər artıb.
Fondda bildirirlər ki, bu göstəricilər üzrə Azərbaycan bütün dünyada ən şəffaf praktikaya malik ölkələrdən biri hesab olunur.
Elxan SALAHOV

532