İki jurnalistə maliyyə yardımı ayrılıb
Lent.az-ın məlumatına görə, iclasda yanvar ayı ərzində fonda daxil olan 3 müraciətə baxılıb. Müraciətlərdən biri əlavə araşdırma tələb etdiyi üçün saxlanıb, digər ikisi isə təmin edilib. Ümumilikdə 700 dollar həcmində maliyyə yardımı ayrılması barədə qərar qəbul olunub. Belə ki, fondun əsasnaməsinin məhkəmə prosesinə cəlb edilən jurnalistin müdafiəsinə yardım edilməsi bəndinə görə “Yeni Müsavat” qəzetinin əməkdaşı Elmin Bədəlova 300, əsasnamənin peşə borcunu yerinə yetirərkən xəsarət alan jurnalistin müalicəsinə yardım edilməsi bəndinə əsasən isə “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidə 400 dollar məbləğində maliyyə yardımı edilib.
Xatırladaq ki, Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə fəaliyyət göstərən fondun təsisçiləri “Yeni Nəsil” Jurnalistlər Birliyi, “Azərbaycan Jurnalistlər Birliyi”, “Nəcəf Nəcəfov Fondu” və Azərbaycan Demokratik Jurnalistlər Liqasıdır.

548