İmtahanda 271 nəfərdən cəmi 18-i lazımi balı toplaya bilib
31 yanvar 2011 11:50 (UTC +04:00)

İmtahanda 271 nəfərdən cəmi 18-i lazımi balı toplaya bilib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası yanvarın 30-da miqrasiya orqanlarında işə qəbul üçün keçirdiyi test imtahanlarının nəticələrini açıqlayıb.

Komissiyadan Lent.az-a verilən məlumata görə, imtahanda iştirak etmək istəyən 285 nəfərin namizədliyi qeydə alınmışdı. Onlardan 271 nəfəri imtahanda iştirak edib, 14 nəfər imtahana gəlməyib. İmtahanın nəticələri artıq TQDK-nın internet saytında yerləşdirilib. Test imtahanının nəticələrinə əsasən 18 nəfər müsabiqə şərtini ödəyərək (70 və daha artıq bal toplayaraq) müsabiqənin növbəti mərhələsində iştirak hüququ qazanıb.

Hər bir namizədə sənədlərini təqdim etdiyi Sənəd Qəbulu Komissiyasında imtahan nəticələrinə dair arayış təqdim olunacaq.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 510

Oxşar yazılar