Dağıstandakı partlayış Bakıdan gedən qatarlara təsir etməyib
31 yanvar 2011 11:01 (UTC +04:00)

Dağıstandakı partlayış Bakıdan gedən qatarlara təsir etməyib

0
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov Lent.az-a bildirib ki, partlayış həmin ərazidən 63 vaqondan ibarət yük vaqonunun keçdiyi vaxt baş verib. Hadisə nəticəsində lokomotivin pəncərəsinin şüşələri sınıb. Səhər saatlarında bərpa işlərinə başlanılıb.

Ancaq Nadir Əzməmmədov deyir ki, bu hadisənin Bakıdan və kəs istiqamətə hərəkət edən qatarlarla heç bir əlaqəsi yoxdur. Onun sözlərinə görə, Bakıdan gedən və Bakıya gələn sərnişin qatarlarının hərəkətində heç bir fasilə yaranmayıb. Belə ki, Bakı-Kiyev qatarı dünən saat 21.35-də, Bakı-Tümen qatarı bu gün saat 02.03-də, Bakı-Rostov qatarı isə saat 08.20-də gəlib. Moskva-Bakı qatarı isə dünən saat 19.55-də, Bakı-Rostov 23.40-da, Bakı-Tümen qatarı isə bu gün saat 06.20-də yola düşüb.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 691

Oxşar yazılar