Ziya Məmmədov tapşırıq verdi
Yanvarın 28-də Nəqliyyat Nazirliyində 2010-cu ilin nəticələrinə həsr olunmuş kollegiya iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, iclasda kollegiyanın sədri, nazir Ziya Məmmədov son illər ölkənin nəqliyyat infrastrukturunun inkişafı istiqamətindəki tədbirlərdən danışıb. O, ölkədə nəqliyyat-yol kompleksinin yüksək inkişaf səviyyəsinə çatdığını, nəqliyyat sektorunda regional əhəmiyyətli infrastruktur layihələrin uğurla həyata keçirildiyini vurğulayıb.
Ziya Məmmədov irəliləyişlərlə yanaşı, nazirliyin tabeliyindəki strukturların fəaliyyətində müəyyən qüsurların olduğunu da gizlətməyib. Kollegiyanın sədri avtomobil və dəmir yolları sahəsində, sərnişindaşımada bəzi problemlərin hələ də həll edilmədiyini etiraf edib. O, şəhər nəqliyyatının işinin tənzimlənməsi ilə bağlı qısa müddət ərzində sistemli tədbirlər görülməsi ilə bağlı tapşırıqlar verib.
İclasda Azərbaycan Dövlət Dəmir Yolunun sədri Arif Əsgərovun, “Azəryolservis” ASC-nin sədri Cavid Qurbanovun, “Avtonəqliyyatservis” Departamentinin rəisi Çingiz Baxışevin hesabatları dinlənilib.
Sonda nazir Ziya Məmmədov bəzi qurumların fəaliyyətini istisna etməklə ümumilikdə nəqliyyat-yol kompleksi üzrə 2010-cu ilin yekunlarını qənaətbəxş hesab edib. Kollegiya iclasında müzakirə edilən məsələlər üzrə müvafiq qərarlar qəbul edilib.
Elxan SALAHOV

651