Elmi layihələrə qrant veriləcək
Prezident Yanında Elmin İnkişafı Fondu elmi-tədqiqat proqramlarının, layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə 2011-ci il üzrə ilk müsabiqə elan edib.
Milli Elmlər Akademiyasından Lent.az-a bildiriblər ki, yanvarın 12-də rəsmən elan edilən müsabiqəyə layihələr bir ay ərzində təqdim edilməlidir. Artıq bu müddətin çox hissəsi geridə qalıb müsabiqədə iştirak etmək üçün ərizələrin qəbulu fevralın 11-də başa çatacaq. Təxminən bir ay ərzində layihələrin texniki və elmi ekspertizasından sonra qaliblərin adları açıqlanacaq. Aprelin 4-də isə müsabiqənin yekun nəticələri elan olunacaq.
Xatırladaq ki, qrant müsabiqəsinin əsas məqsəd elmi qurumların fəaliyyətini stimullaşdırmaq və ölkədə elmin inkişafına nail olmaqdır. Layihələrin maliyyələşdirilməsi zamanı ölkədə elmi tədbirlərin keçirilməsi, bu sahədə xarici əməkdaşlıq, qısa müddətli təcrübə proqramlarının dəstəklənməsi də nəzərdə tutulub. Müsabiqədə ayrı-ayrı qurumlar, elmi yaradıcılıq kollektivləri, alimlər, mütəxəssislər və digər fiziki şəxslər iştirak edə bilər.
Elxan SALAHOV

540