Çaylarımızda sululuq artır
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti son günlər dağlıq ərazilərdə yağan qarın tədricən əriməsi və yağan yağıntılarla əlaqədar dağ çaylarında sululuğun artımının müşahidə olunduğunu açıqlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hazırda dağ çaylarında normadan yüksək sululuq müşahidə olunur.
Ən yüksək sululuq Böyük Qafqazın Balakən-Şəki bölgəsi çaylarında müşahidə olunur ki, bu da ongünlük normanın 240-270, Kiçik Qafqaz çaylarında 150-160, Lənkəran-Astara bölgəsi çaylarında 95-150, Naxçıvan Muxtar Respublikasının çaylarında isə 55-180 faizini təşkil edir.
Tranzit çaylarına gəlincə, hazırda Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 125 m3/san-ongünlük normanın 80 faizini təşkil edir ( 2010-cu ildə 213 m3/san olmaqla 136 faiz təşkil edib). Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 51 m3/san-ongünlük normanın 76 faizini təşkil edir (2010-cu ildə 124 m3/san olmaqla 185 faiz təşkil edib).
Kür çayının aşağı axınında suyun səviyyəsində azalma davam etməkdədir. Ümumiyyətlə, yanvar ayı ərzində Kür çayının Yevlax məntəqəsində suyun səviyyəsi 41 sm, Zərdabda 60 sm, Surrada 32 sm, Şirvanda 17 sm, Salyanda 10 sm, Bankədə 7 sm, Araz çayının Novruzlu məntəqəsində isə 18 sm azalma müşahidə olunub. Hazırda Surra məntəqəsində suyun hazırkı səviyyəsi 460 sm (21 may 2010-cu il tarixdə maksimal səviyyə 955 sm), Şirvanda 364 sm (18 may 2010-cu il tarixdə maksimal səviyyə 853 sm), Bankədə 288 sm (18 may 2010-cu il tarixdə maksimal səviyyə 503 sm), Salyanda 186 sm (18 may 2010-cu il tarixdə maksimal səviyyə 855 sm), Araz çayının Novruzlu məntəqəsində isə 240 sm (21 may 2010-cu il tarixdə maksimal səviyyə 734 sm) təşkil edir. Kür çayının aşağı axınında müşahidə olunan hazırkı səviyyələr 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 106-200 sm aşağıdır.

963