“Azəriqaz” əhaliyə xəbərdarlıq etdi
Son dövrlər “Azəriqaz” İstehsalat Birliyində aparılan geniş miqyaslı işlər, həyata keçirilən texniki tədbirlər nəticəsində ölkənin qaz təchizatı sistemində texnoloji proseslər təkmilləşdirilmiş, istehlakçıların təbii qazla təminatı xeyli yaxşılaşıb.
Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, buna baxmayaraq, hələ də respublika ərazisində təbii qazdan düzgün istifadə edilməsi qaydalarının pozulması hallarına rast gəlinir və, bu da arzuolunmaz hadisələrin yaranmasına səbəb olur.
Bunu nəzərə alaraq, “Azəriqaz”ın mütəxəssisləri qaz təsərrüfatında təhlükəsizlik qaydalarına riayət edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir, istehlakçılara ictimai binalarda, yaşayış evlərində, təhsil, səhiyyə obyektlərində, idarə və müəssisələrdə təbii qazdan istifadə edən zaman diqqətli olmağı, texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunmasını tövsiyə edirlər. “Qazdan istifadə Qaydaları”na riayət etməklə abonentlər nəzərə almalıdırlar ki, hamam otaqlarında təbii qazla işləyən tutumlu və düzaxımlı su qızdırıcılarının təhlükəsiz istismarına xüsusi diqqət yetirilməlidir.
Təbii qazla işləyən su qızdırıcıları quraşdırılan hamam otaqlarının həcmi 7,5 kubmetrdən, hündürlüyü 2,5 metrdən az olmamalıdır. Hamam otağında təbii qazla işləyən su qızdırıcıları quraşdırılan zaman otaq müstəqil havadəyişmə və tüstü bacası ilə təchiz olunmalıdır. Otaqda havadəyişmə sistemindən əlavə nəfəslik qoyulmalıdır. Otağın qapısı bayıra açılmalıdır. Hamam otağının qapısının aşağı hissəsində havanı dəyişmək üçün 0,02 kvadrat metr sahəsi olan dəlik olmalıdır (dəlik cəmi qeyd olunan ölçüyə bərabər bir neçə dairəvi deşik və yaxud 0,4 x 0,5 metr ölçüdə jalüz şəklində ola bilər). Hamam otağının daxili qaz xətləri gözəgörünən, texniki baxış və qulluq edilməsi üçün əlçatan yerdə quraşdırılmalıdır. Düz axımlı su qızdırıcısının qaz xəttində 1, tutumlu su qızdırıcısının qaz xəttində 2 ədəd (biri tənzimləyici, digəri isə nəzarət) qaz kranı olmalıdır. Hamam otağında bütün qaz xətləri və birləşmələr polad boru ilə gözə görünən, əl çatan yerdə çəkilməlidir.
Qaz təsərrüfatında təhlükəsizlik qaydalarına uyğun olaraq, texniki norma və qaydalara müvafiq olmayan, yuxarıda qeyd edilən tələblərə zidd hallar, eləcə də hər hansı digər bir qüsur aşkarlanarsa, pozuntular “Azəriqaz”ın müvafiq qurumları tərəfindən sənədləşdirilir və mənzilə təbii qazın verilişi dayandırılır.

721