Nazir ötən ilin nəticələrindən razıdır
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2010-cu ilin yekunlarına dair kollegiya iclası keçirilib.
Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorundan Lent.az-a bildiriblər ki, iclasda nazir Fizuli Ələkbərov ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlardan danışıb. O qeyd edib ki, bütün sosial məsələlərin vaxtında və yüksək səviyyədə həllini tapması ilə bağlı qarşıya qoyulan vəzifələrin reallaşması, dövlət qayğısının aztəminatlı vətəndaşlara daha layiqli səviyyədə, şəffaf və ədalətli, ünvanlılıq prinsipi əsasında çatdırılması istiqamətində hərtərəfli iş aparılıb.
İclasda ünvanlı dövlət sosial yardımının təyinatı, qeyri-məşğul vətəndaşların məşğulluğunun təminatı, əlillərin tibbi-sosial reabilitasiyası, iş yerlərində əmək qanunvericiliyinin tətbiqinə dövlət nəzarətinin həyata keçirilməsi və digər sahələrdə görülən işlər, həmçinin qarşıda duran vəzifələr geniş müzakirə olunub. Həmçinin bu sahələrdə struktur rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Elxan SALAHOV

508