122 781 ailə ünvanlı sosial yardım alır
28 yanvar 2011 15:11 (UTC +04:00)

122 781 ailə ünvanlı sosial yardım alır

2011-ci il yanvarın 1-ə olan məlumata əsasən, ölkəmizdə 552 514 nəfər ailə üzvünü əhatə edən 122 781 aztəminatlı ailə dövlətdən ünvanlı sosial yardım alır.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorundan Lent.az-a bildiriblər ki, hər ailəyə ödənilən yardımın orta aylıq məbləği 108,54 manat, bir ailə üzvünə düşən orta aylıq yardımın məbləği isə 24,12 manatdır. Ünvanlı sosial yardım təyin olunan ailələrdən 48 675 mini tərkibində 3 və daha çox uşaq olan ailələrdir ki, bu da yardım alanların 39,6 faizini təşkil edir. Ünvanlı sosial yardım təyin olunan ailələrdən 95,8 faizi vəsaiti plastik kart vasitəsi ilə alır.


Nazirlikdə bildirirlər ki, 2010-cu ildə əvvəlki illə müqayisədə orta hesabla 899 nəfər və ya 0,2 faiz çox vətəndaşa, yəni orta hesabla 397 388 nəfərə aylıq və birdəfəlik sosial müavinət təyin olunaraq ödənilib. Həmçinin müharibə əlilləri və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ötən ilin tikinti planı üzrə 715 mənzil inşa edilib. Nəticədə bu vaxtadək dövlət hesabına mənzillə təmin olunmuş əlil və şəhid ailələrinin sayı 3600-ü ötüb.


Bundan başqa, əlillərin minik avtomobilləri ilə təminatı işləri davam etdirilmiş, 1998-ci ildən 2010-cu ilin sonuna kimi ölkəmizə əlillər üçün 2940 ədəd “OKA” və “Slavuta” markalı avtomaşınlar alınaraq növbədə olan müharibə əlillərinə təqdim olunub. Bu il də əlillər üçün avtomaşınların gətirilməsi planlaşdırılır.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 660

Oxşar yazılar