DSMF hesabat verdi
2010-cu ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 1765,7 milyon manat təşkil edib ki, bu da 2009-cu illə müqayisədə 164 milyon manat və ya 10,2 faiz çoxdur.
Lent.az-ın məlumatına görə, bu barədə DSMF-nin sədri Səlim Müslümov fondun kollegiya iclasında bildirib. Onun sözlərinə görə, ötən il məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2009-cu ilə nisbətən 7,7 faiz artıb. Hazırda bu göstərici 1114,3 milyon manat təşkil edir.
Səlim Müslümov deyib ki, qeyri-büdcə sektoru üzrə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2009-cu ilə nisbətən 12,6 faiz (72,5 milyon manat) artaraq 648,8 milyon manata çatıb. Onun sözlərinə görə, bu artım orta aylıq əmək haqqının artım səviyyəsini 3,5 faiz bəndi üstələyib. Hesabat dövrü ərzində həm fiziki şəxslərin, həm də torpaq mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə fiziki şəxslərdən daxilolmalar 8,7 faiz, torpaq mülkiyyətçiləri üzrə isə 58 faiz artıb.
Fond sədri bildirib ki, 2010-cu ildə DSMF-nin xərcləri 1765,1 milyon manat olub. Bu, 2009-cu ilə nisbətən 89,7 milyon manat və ya 5,4 faiz çoxdur. Onun sözlərinə görə, gəlirlərin icrası, maliyyə dayanıqlığının qorunması son nəticədə pensiyaçıların sosial müdafiəsinə xidmət edib.
Səlim Müslümov onu da deyib ki, fərdi uçot sisteminin tətbiq dairəsinin daha da genişləndirilməsi məqsədilə qarşıya qoyulan vəzifələrin icrası istiqamətində davam etdirilən tədbirlər nəticəsində 2010-cu ildə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 9,79 faiz artıb. İl ərzində Fond tərəfindən əlavə olaraq 160 523 sığortaolunana fərdi şəxsi hesab açılıb. Nəticədə Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1 800 452 nəfərə yüksəlib. Hazırda sığortaedənlərdən 2006-2009-cu illər üçün məcburi dövlət sosial sığorta haqları üzrə sığortaolunanlar haqqında məlumatların qəbulu prosesi yekunlaşıb və sığortaolunanların Fondun saytına daxil olmaqla öz şəxsi hesablarına nəzarət etmək imkanını verən proqramın sınaq işləri aparılır.
Elxan SALAHOV

734