QHT-lərə Dövlət Dəstəyi Şurasi BMT İP ilə Anlaşma Memorandumu imzalayacaq
17 iyun 2009 18:30 (UTC +04:00)

QHT-lərə Dövlət Dəstəyi Şurasi BMT İP ilə Anlaşma Memorandumu imzalayacaq

Şura sədri Azay Quliyev Proqramın Azərbaycandakı rəhbəri ilə görüşüb

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi, BMT İnkişaf Proqramının Azərbaycandakı rəhbəri cənab Bruno Puezza və onun müavini xanım Nura Hamlaci ilə görüşüb.

Şuranın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə regional QHT-lərin fəaliyyətinin səmərəli təşkili, onların bilik və bacarıqlarının artırılması üçün BMT İP tərəfindən Şuraya göstəriləcək institusional dəstəklə əlaqədar texniki və təşkilatı məsələlər müzakirə edilib. Tərəflər qısa vaxt ərzində hazırlıq işlərini başa çatdırıb əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması barədə razılıq əldə ediblər.
# 495

Oxşar yazılar