Avropa İnsan Haqları Məhkəməsi 2010-cu ildə Azərbaycanla bağlı 16 qərar çıxarıb
APA-nın xəbərinə görə, məhkəmənin 2010-cu ildə fəaliyyətinə dair hazırlanan icmala əsasən ötən il Azərbaycandan 337 şikayət daxil olub. Onlardan 167-si rədd edilib, 49-u hökumətə göndərilib, 33-ü qəbul olunub. Qəbul olunan şikayətlərdən 16-sı üzrə qərar çıxarılıb, 10-u isə qərar əsasında və problemin qarşılıqlı razılıqla yoluna qoyulması ilə həllini tapıb.
Məhkəmənin statistikasına əsasən Azərbaycan vətəndaşları daha çox mülkiyyətin müdafiəsi (2010-cu ildə 9 dəfə), azadlıq və təhlükəsizlik hüququ (8) və ədalətli mühakimə hüququ (4) iddiaları ilə Avropa İnsan Haqları Məhkəməsinə müraciət edirlər.
Qeyd edək ki, Azərbaycan 9 il əvvəl Avropa İnsan Haqları Konvensiyasına qoşulub. Bu müddət ərzində Azərbaycandan məhkəməyə 1254 şikayət daxil olub.

655