DSMF-də geniş kollegiya iclası keçirilib
Bu gün Dövlət Sosial Müdafiə Fondunda (DSMF) genişləndirilmiş kollegiya iclası keçirilib. Fondun müvafiq orqanlarının rəhbərlərinin iştirakı ilə keçirilən iclasda ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.
DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan Lent.az-a bildiriblər ki, tədbirdə fondun sədri Səlim Müslümov geniş məruzə ilə çıxış edib. O qeyd edib ki, ölkədə həyata keçirilən iqtisadi islahatların tərkib hissəsi kimi sığorta-pensiya sisteminin yenidən qurulması və davamlı inkişafına nail olunması, həmçinin əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri 2010-cu ildə əsas istiqamətlərdən biri olub. Onun sözlərinə görə, 2010-cu il yanvarın 1-dən "Əmək pensiyaları haqqında" qanuna edilən son əlavə və dəyişikliklər tətbiq olunmaqdadır və əldə olunan nəticələr müsbətdir: “Əmək pensiyaları sahəsində qanunvericiliyə edilən son dəyişiklik nəticəsində yeni sadələşdirilmiş qaydanın tətbiqi nəticəsində ölkə üzrə pensiyanın orta aylıq məbləği 112 manat təşkil etdiyi halda, yeni təyin olunan pensiyalar üzrə orta aylıq məbləğ 162 manat olub”.
Səlim Müslümovun çıxışından sonra fondun mərkəzi aparatının ayrı-ayrı şöbələrinin müdirləri hesabat dövründə həyata keçirilmiş tədbirlər, mövcud problemlər və qarşıda duran vəzifələrdən danışıblar. Kollegiya iclasında “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı” ilə icrası 2011-ci il üçün nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi müzakirə edilib. Müzakirələr zamanı pensiya və müavinət təyinatının avtomatlaşdırılması, fond sistemində vahid korporativ şəbəkənin qurulması və digər istiqamətlərdəki tədbirlərin daha da intensivləşdirilməsinin vacibliyi qeyd olunub.
Elxan SALAHOV

734