Paytaxt məktəblərinin sərgisi keçirilir
Bu gün Bakıda paytaxt məktəblilərinin “Təhsildə İKT-nin tətbiqi – bilik, təcrübə, texnologiya” adlı sərgisi keçirilir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı ilə birgə təşkil etdiyi sərgidə paytaxtın təhsil ictimaiyyəti ilə yanaşı təhsil naziri Misir Mərdanov, ombudsman Elmira Süleymanova, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri Səttar Mehbalıyev və digər dövlət rəsmiləri də iştirak edib.
Lent.az-ın məlumatına görə, sərgidə nümayiş olunan işlər 15 bölmə üzrə təqdim olunub. Bunlar Distant Təhsil, Müasir interaktiv sinif, Elektron məktəb, Video - texnologiya təhsildə, 1 şagird - 1 kompüter, İnnovativ məktəb, innovativ müəllim, Ağıllı lövhə - interaktiv sinif və digər bölmələri əhatə edib.
Elektron məktəb bölməsində “Elektron məktəb” layihəsində iştirak edən müəllimlər elektron məktəbin imkanlarını nümayiş etdiriblər. Bir qrup müəllim ASM proqramından istifadə etməklə dərs jurnalı ilə işi (mövzuları yazmaq, qiymət qoymaq və s.), digərləri isə AeL proqramının imkanlarından istifadə etməklə MHM - də (Data - mərkəz) elektron resurs yerləşdirmək və oradakı resurslardan istifadə etməyi nümayiş etdirirlər. Məqsəd isə “Elektron məktəb” layihəsinin imkanlarını praktikada nümayiş etdirmək və sistemin işlək olmasını göstərməkdir. Bu bölmədə həmçinin 23 saylı məktəbin fizika müəllimi Firəngiz Tağıyeva “Rəqsi hərəkət”, 60 saylı məktəbin biologiya müəllimi Səfurə Rəhimova “Yaşıl efqlema”, 220 saylı məktəbin riyaziyyat müəllimi Laləzar Məmmədova “Pifaqor teoremi” mövzuları üzrə dərslər təqdim edir.
Web - texnologiya (bloqlar) adlı bölmədə isə Bakı şəhəri üzrə məktəblərin müəllim və şagirdlərinin hazırladığı şəxsi internet səhifələri (bloqları) təqdim olunur. Onlar Web - texnologiyalar sahəsində öz işlərini nümayiş etdirirlər. Məqsəd paytaxt məktəblərinin müəllim və şagirdlərinin Web texnologiyalar sahəsində öz işlərini yaymaq və onlarda bu sahədə işlərini daha da genişləndirmək üçün motivasiya yaratmaqdır. Bundan başqa, bu bölmədə 239, 264 saylı məktəblərin müəllim və şagirdləri Skype proqramının imkanlarından istifadə etməklə Türkiyə, İngiltərə kimi ölkələrin məktəbləri ilə əlaqəyə girib birgə layihədə iştirak edəcəklər. Bu layihədə iş müzakirə, debat, hər hansı birgə dərs fraqmenti formasında ola bilər.
Bölmədə Bakı şəhəri məktəblərinin internet səhifələri də təqdim olunur. Məktəblər Web - texnologiyalar sahəsində öz qabaqcıl təcrübələrini nümayiş etdirir və internet səhifələrinin aktual vəziyyətdə saxlanılması barədə mülahizələrini bildirirlər.
Sərginin rəsmi hissəsindən sonra təhsil naziri Misir Mərdanov və qonaqlar tədbirdə nümayiş olunan son texnologiyalarla tanış olublar.
Elxan SALAHOV

1086