Almanlar “Azərsu”yun işçilərinə təlim keçir
27 yanvar 2011 23:14 (UTC +04:00)

Almanlar “Azərsu”yun işçilərinə təlim keçir

Sumqayıt şəhər İcra Hakimiyyətindən Lent.az-a bildiriblər ki, təlimlər Almaniyanın Lüdviqshafen şəhərləri ilə əməkdaşlıq çərçivəsində keçirilir. Alman mütəxəssisləri tərəfindən həyata keçirilən təlimlər yanvarın 25-dən fevralın 2-dək olan dövrü əhatə edir. “Cənubi Qafqazda yerli özünüidarəetmənin inkişafına dəstək” proqramı çərçivəsində baş tutan təlim müddətində təmizləyici qurğuların laboratoriyası, təcrübi göstərişlər: təhlükəsizlik və bədbəxt hadisələrə dair xəbərdarlıq, laboratoriya avadanlıqlarının müzakirəsi, yerində nümunələrin götürülməsi və analiz, oksigenə olan tələbat kimi mövzular müzakirə olunacaq.


Xatırladaq ki, Sumqayıtda sutkalıq gücü 200 min kub metr olan sutəmizləyici qurğuda şəhər və onun ətraf ərazilərində formalaşan məişət çirkab suların təmizlənməsi prosesi aparılır. Ən müasir texnologiya əsasında inşa edilən sutəmizləyici qurğu ətraf mühitin sağlamlaşdırılmasına və dəniz hövzəsinin çirklənməsinin qarşısının alınmasına xidmət göstərir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 602

Oxşar yazılar