“Təhsildə İKT-nin tətbiqi – bilik, təcrübə, texnologiya”
Sabah paytaxt məktəblilərinin “Təhsildə İKT-nin tətbiqi – bilik, təcrübə, texnologiya” adlı sərgisi keçiriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı ilə birgə təşkil etdiyi tədbir Əl Oyunları İdman Sarayında baş tutacaq.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Zəminə Əliqızı Lent.az-a bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd paytaxt məktəblərində elektron tədris resurslarından, internet texnologiyalarından tədris prosesində istifadəni populyarlaşdırmaq, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaqdır. Onun sözlərinə görə, tədris məqsədləri üçün internetdən istifadənin yeni formalarını üzə çıxarmaq, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirmək də əsas məqsədlərdəndir. Tədbirin əsas hissəsi paytaxt məktəblərinin müəllim və şagirdlərinin İKT sahəsindəki nailiyyətlərinin nümayişinə həsr edilir.
Zəminə Əliqızı bildirib ki, sərgiyə təqdim edilən işlər iki mərhələdə seçilib. Birinci mərhələdə bölgələr üzrə işçi qrupları hər bölmə üzrə sərgidə nümayiş etdirilməyə layiqli işləri seçib və Təşkilat Komitəsinə təqdim ediblər. İkinci mərhələdə Təşkilat Komitəsi (eyni zamanda münsiflər heyəti) bölgələrdən seçilib təqdim edilmiş işlərin içindən “Əsasnamə”nin şərtlərinə və nominasiyanın tələblərinə uyğunluq baxımından sərgidə nümayiş etdirmək üçün daha yaxşılarını seçib. Onun sözlərinə görə, müsabiqəyə 403-ü müəllim, 164-ü isə şagird işi olmaqla cəmi 567 layihə təqdim edilib. Sərgidə nümayiş olunacaq işlər 15 bölmə üzrə təqdim olunub.
Elxan SALAHOV

915