Vergi borcunu ödəyə bilməyənlərin əmlakları hərraca çıxarılıb
27 yanvar 2011 16:27 (UTC +04:00)

Vergi borcunu ödəyə bilməyənlərin əmlakları hərraca çıxarılıb

2010-cu il ərzində vergi borclarının məbləği əvvəlki illə müqayisədə 1,6 milyard manat azalıb. Lent.az-ın Vergilər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, borcların yaranma səbəblərini aradan qaldırmaq üçün vergi ödəyiciləri ilə keçirilən görüşlərdə onlara qanunvericiliyin tələblərinin izah olunmasına geniş yer verilir.

Ötən il “195” telefon-məlumat xidməti vasitəsilə 8 min 552 vergi ödəyicisi vergi borcu barədə məlumat alıb, 75 min 559 vergi ödəyicisinin şəhər telefonuna səsli mesajlar göndərilib.

Hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün ötən il daha 9 bankda, bütövlükdə isə 25 bank və onların filiallarında olan bank hesablarına sərəncamların göndərilməsi və geri qaytarılması elektron formada aparılıb. Cəmi 18 min 618 borclu vergi ödəyicisinin, yaxud sərəncam verilmiş borclu vergi ödəyicilərinin 55,7 faizinin 298 min 752 bank hesabına sərəncamların elektron formada verilməsi, 13.956 vergi ödəyicisinin 86 min 921 hesabından sərəncamların elektron formada geri qaytarılması təmin olunub. Digər banklarla elektron sənəd mübadiləsinin təşkili istiqamətində işlər davam etdirilir.

Vergi Məcəlləsinin 89-cu maddəsinə uyğun olaraq vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirməyən vergi ödəyicilərinə "Əmlakın siyahıya alınması barədə" 50 min 424 qərar açılıb, 33 min 449 halda borclar ödənildiyinə görə qərarlar bağlanılıb. 1312 halda əmlakın siyahıya alınması barədə protokollar tərtib edilib. Siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün vergi orqanları tərəfindən borclu vergi ödəyicilərinə qarşı yerli iqtisad məhkəmələrinə 1763 iddia verilib, 288 borclu vergi ödəyicisinin (o cümlədən 160 fiziki şəxsin və 128 hüquqi şəxsin) əmlakları hərraca çıxarılıb.

Vergilər Nazirliyi bir daha bütün vergi ödəyicilərini öz öhdəliklərinə vaxtında və tam həcmdə əməl etməyə çağırır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 623

Oxşar yazılar