MSŞT Haqqında qanun layihəsi hazırlanır
Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞT) üzrə QHT Koalisiyası bu “MSŞT Haqqında” qanun layihəsi hazırlayır.
Sənədin müəllifi, Koalisiyanın Şura üzvü Sahib Məmmədov Lent.az-a bildirib ki, “Mədən sənayesində şəffaflığın təmin edilməsinin qanunvericilik əsasları” adlı Siyasət Sənəd hazırlanaraq Koalisiya Şurasına təqdim edilib: “Siyasət Sənədinin hazırlıq dövründə MSŞT sahəsində xüsusi bilik və təcrübəsi olan ekspertlərlə görüşlər keçirilib, MSŞT-yə aid Beynəlxalq təcrübə analiz edilib. Siyasət Sənədi Koalisiya və Donor təşkilata təqdim olunandan sonra müəyyən təkliflər verildi və bu təkliflər əsasında sənədi yenidən işlədik”.
Sahib Məmmədov deyib ki, qanun layihəsinin hazırlanması prosesində MSŞT sahəsində Qanunvericiliyi olan ölkələrin təcrübəsi öyrənilməklə yanaşı, ölkə Qanunvericiliyi də təhlil edilib: “Ötən il dekabrın 21-də Koalisiya “MSST-nin tətbiqinin qanunvericilik bazasının möhkəmləndirilməsi” mövzusunda konfrans təşkil etmişdi. Həmin tədbirdə Siyasət Sənədi və Qanun layihəsini təqdim etdik. Konfransda ekspertlər tərəfindən qanun layihəsinə bir sıra təkliflər də verildi ki, biz də bu təklifləri ümumiləşdirərək layihədə nəzərə almağa çalışmışıq”.
Koalisiya üzvlərinin layihədə prinsipial hesab edilən məsələlərlə bağlı fikirlərini öyrənmək məqsədilə sənədin əsas prinsipləri ilə bağlı xüsusi sorğu hazırlandığını deyən Sahib Məmmədov ANS telekanalında efirə verilən “İqtisadi Forum” verilişində Qanun layihəsinə dair müzakirələr də aparıldığını qeyd edib. O, əlavə edib ki, qanun layihəsi hazır olduqdan sonra sənədlə bağlı ictimai dinləmələr keçiriləcək, vəkillik işi aparılacaq. Sonrakı mərhələdə isə qanun layihəsi Milli Məclisə təqdim olunacaq.
Elxan SALAHOV

613