Qafqazda analoqu olmayan butılka evin təmirı yekunlaşıb
Təmirə iki ay vaxt sərf olunub
Gəncədə yerləşən, Qafqazda analoqu olmayan butılka evin təmiri başa çatıb. Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəisi Abid Şərifov məlumat verib. Onun sözlərinə görə, şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun göstərişi ilə 2 ay ərzində evin dam örtüyü dəyişdililib, eyvanın döşəmə və tavanı yenilənib və butılka evi tikidirən İbrahim Cəfərovun xatirəsinə ehsan bulağı inşa edilib. Gəncə şəhərində 1957-67-ci illərdə inşa olunan və indiyədək bir dəfə də olsun təmir edilməyən butılka evi İbrahim Cəfərov adlı Gəncə sakini Böyük Vətən Müharibəsində həlak olan qardaşı Yusif Cəfərovun xatirəsinə ucaldıb. 2 mərtəbəli evin tikilişində 50 minə yaxın butılka sərf edilib. Onun divarları Soçidən gətirilmiş dəniz daşları və şüşələrlə, mozaik rəsmlərlə bəzədilib.
Vüsalə Cənnətova

Oxşar yazılar

Oxu.az saytı 12 yaşını qeyd edir
1 iyul 2025 , 00:26
Böyük QALMAQAL: Lotereya səhvi minlərlə oyunçunu milyonçuya çevirdi
30 iyun 2025 , 19:07
Yeni həftə yalnız bu BÜRCLƏRƏ xoşbəxt bilet verəcək
30 iyun 2025 , 18:43
İyul ayında gözlənilən maqnit qasırğaları: təhlükəli TARİXLƏR
30 iyun 2025 , 17:38
Müəllimlərin işə qəbulunun ŞƏRTLƏRİ
30 iyun 2025 , 17:35
Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
30 iyun 2025 , 17:23
Çuxura düşən Cümşüdün ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA
30 iyun 2025 , 16:46