Əhliman Əmiraslanov vəzifə maaşlarının az olmasından şikayətlənib
Lent.az-ın AMEA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Rəyasət Heyətinin iclası AMEA Biologiya Elmləri Bölməsinin (BEB) 2010-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr edilib.
Öncə Rəyasət Heyətinin foyesində 2010-cu ildə bölmə institutlarının əldə etdikləri nailiyyətləri əhatə edən sərgi nümayiş etdirilib. Ötən ildə bölmənin elmi və elmi-təşkilati fəaliyyətinin yekunları haqqında məlumat verən AMEA BEB-in akademik-katibi, akademik Əhliman Əmiraslanov deyib ki, hesabat ilində bölmə institutlarında elmi-tədqiqat işləri “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı” istiqamətinə yönəlib və AMEA Rəyasət Heyəti tərəfindən təsdiq edilmiş proqrama uyğun aparılıb, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf” və “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə” Dövlət Proqramlarına müvafiq yerinə yetirilib.
O, hesabat ilində bölmə institutlarında elmi-tədqiqat işlərinin iki istiqamət - Azərbaycanda flora, fauna, torpaq örtüyü biomüxtəlifliyinin öyrənilməsi, genofondun qorunması, səmərəli istifadəsi və canlıların həyat fəaliyyətinin molekulyar-genetik, fiziki-kimyəvi əsasları üzrə aparıldığını nəzərə çatdırıb. 14 problemi əhatə edən 76 mövzu üzrə 233 elmi-tədqiqat işi 416 mərhələdə aparılıb və 230 iş tamamlanıb.
Azərbaycan Respublikasının “Qırmızı Kitab”ının II nəşri ilə bağlı məlumat verən Əhliman Əmiraslanov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təklifinə uyğun olaraq nadir, nəsli kəsilməkdə olan və endem (qədim, yayılmayan) bitki və heyvan növlərinin tədqiqi sahəsində monitorinqin keçirildiyini, həmin cinslərin “Qırmızı Siyahı” üzrə beynəlxalq səviyyədə qəbul edilmiş kateqoriya və kriteriyalar əsasında qiymətləndirildiyini və müasir qorunma statusunun müəyyənləşdirildiyini, AMEA Mikrobiologiya İnstitutunun iştirakı ilə “Etibarlılığın Yaradılması Ölçüləri” adlı illik hesabatın hazırlandığını söyləyib. O, hesabat dövründə bölmənin 1 ümumi yığıncağı və Büronun 15 iclasının keçirildiyini, bəzi institutlarda qismən struktur dəyişikliklərinin aparıldığını, yeni elmi tədqiqat işlərinin aparılmasına başlanıldığını və respublikada elmin vahid konsepsiya əsasında inkişaf etdirilməsi məqsədilə Respublika Elmi Tədqiqatları Əlaqələndirmə Şurasının bölmənin elmi istiqamətləri üzrə - biologiya, kənd təsərrüfatı və tibb elmləri üzrə Problem Şuralarının fəaliyyət göstərdiyini qeyd edib. Hazırda bölmənin müəssisələrində 1512 nəfər işçinin çalışır. Bunlardan 756 nəfəri elmi işçi, 68 nəfəri elmlər doktoru, 385 fəlsəfə doktorudur. Bölmədə 5 akademik, 13 müxbir üzvün fəaliyyət göstərir, 9 patentin alınıb, 13 iddia sənədi təqdim edilib və 8 sənəd qeydə alınıb.
Hesabat ilində bölmə əməkdaşları tərəfindən 25 monoqrafiya, 13 kitab, 8 toplu, 25 dərslik və elmi-kütləvi nəşr, 779 məqalə (261 xarici jurnallarda) çap olunub. Bölmədə 36 doktorant təhsil alır, 13 doktorant təhsilini başa vurub. Bundan əlavə, bölmə müəssisələrində 165 nəfər mütəxəssisin dissertant kimi elmi tədqiqat işi aparır. Əhliman Əmiraslanov bölmə əməkdaşlarının 45-nin fəlsəfə və 2-nin elmlər doktoru dissertasiyasını müdafiə etdiyini, 31 fəlsəfə və 10 elmlər doktoru dissertasiyasının müdafiəyə hazır olduğunu nəzərə çatdırıb. Bölmə müəssisələrində aparılan elmi-tədqiqat işlərinin əksəriyyəti respublika və xarici elmi mərkəzləri ilə birgə müştərək proqramlar çərçivəsində yerinə yetirilib. Bölmə institutlarının Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun I qrant müsabiqəsində 11 qrantı (ümumi həcmi 582 000 man.) uğurla müsabiqədən keçib.
Akademik çıxışının sonunda əldə edilmiş nailiyyətlərlə yanaşı gənc mütəxəssislərin institutlara cəlb edilməsi, institutların təklif etdiyi layihələr üçün donorların tapılmaması, mövcud avadanlıq və cihazların köhnəlməsi və yenilərinin alınması, ezamiyyət və ekspedisiyalara ayrılan maddi vəsaitin və vəzifə maaşlarının az olması kimi problemlərin olduğunu vurğulayıb. O, həmçinin, institutlarda elmi-tədqiqat işlərinin təkmilləşdirilməsi məqsədi ilə müasir informasiya texnologiyalarından geniş istifadə edilməsini tövsiyə edib.
İllik hesabatı qənaətbəxş hesab edilib. AMEA Biologiya Elmləri Bölməsinin 2010-cu il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı AMEA RH-nin qərarı ilə təsdiq edilərək AMEA-nın illik hesabatına daxil edilib.

594