“Ali məktəblərdə vahid forma tətbiq edilməsinə hazır deyilik”
27 yanvar 2011 12:21 (UTC +04:00)

“Ali məktəblərdə vahid forma tətbiq edilməsinə hazır deyilik”

“Ali məktəblərdə tələbələrə vahid forma tətbiq ediləcəyi barədə məlumatlar həqiqətə uyğun deyil”. Lent.az-ın məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov geniş kollegiya iclasında bildirib.

M.Mərdanov qeyd etdi ki, məktəbli formaları ilkin mərhələdə yalnız orta məktəblərdə tətbiq olunacaq. Sonrakı mərhələdə isə digər təhsil müəssisələri və ali məktəblərdə tələbələrin vahid forması məsələsinə baxılacaq: “Biz hələ ali məktəblərdə vahid forma tətbiq edilməsinə hazır deyilik. Bu istiqamətdə çoxlu iş görülməlidir. Əvvəlcə orta məktəblərdə bu işi genişləndirilməlidir. Bundan sonra ali məktəblərdə də vahid formanın tətbiqi məsələsinə baxıla bilər”.

Elxan Salahov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 542

Oxşar yazılar