Təhsil Nazirliyində geniş kollegiya iclası keçirilib
Lent.az-ın məlumatına görə, iclasda ali və orta məktəblərin direktorları, millət vəkilləri, Milli Məclisin vitse-spikeri Bahar Muradova, Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, habelə Təhsil Nazirliyinin tabeliyindəki liseylərin direktorları və rayon Təhsil Şöbələrinin rəhbərləri iştirak edib.
İclasda təhsil naziri Misir Mərdanov geniş təqdimatla çıxış edib. O 2010-cu ilin yekunları barəsində danışarkən həm uşaq bağçaları, həm də orta və ali məktəblərdə təhsil sahəsində irəliləyişlərin olduğunu bildirib. M.Mərdanov həmçinin qeyd etdi ki, 2010-cu ildə respublikada məktəb tikintisi işi də davam etdirilib.
Elxan SALAHOV

651